Əli Həsənov: "Azərbaycana qarşı yeni qaralama kampaniyasına başlayıb"
15:11 05.09.2017
Arxiv
396
"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və "The Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələr Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsidir, həqiqəti əks etdirmir”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin "Hürriyet” qəzetinə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov əlavə edib ki, "The Guardian” məlum mərkəzlərin sifarişini yazır: ""The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki? Bu qəzet neçə ildir, anti-Azərbaycan mövqeyi ilə tanınır, dünya miqyasında məlum mərkəzlərin sifarişlərini yerinə yetirir. İndi də eyni addımı atdı. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ilə əlbir olub, Azərbaycana qarşı yeni qaralama kampaniyasına başlayıb”.
Ə. Həsənov əlavə edib ki, OCCRP adlı araşdırma mərkəzinin qolları 10 il əvvələdək Azərbaycanda fəaliyyət göstərib: "Onların qərəzli fəaliyyəti ortaya çıxdı və Azərbaycandan qovuldular. Onları Qərbdə, xüsusilə ABŞ-dakı erməni diasporunun fondları əl altından idarə edir”.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycanı sevməyən bəzi dairələrin Türkiyədə təbliğatı aparılır: "Bizi məyus edən "The Guardian”da əsassız xəbərin çıxması deyil. Biz Azərbaycana qarşı bu dairələrin Türkiyədə də təbliğatının aparılmasına üzülürük. Türkiyədəki bəzi nəşrlər vasitəsilə qaralama fəaliyyətlərini davam etdirirlər. Biz yaxşı bilirik ki, bu nəşrlər hansılardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman