Əlil qocanı o it heç tək buraxmır

Çində yaşayan 68 yaşlı kişinin bədəninin aşağı hissəsi  iflicdir. Bu adam  həyatını kustar üsulla hazırlanmış əlil arabasına bağlı olaraq davam etdirir. Hekayəsi isə ictimai mediaya yüklənən bu fotolarla duyulur. Yaşlı adamın ən böyük köməkçisi isə yanından heç ayrılmayan itidir. Dilbilməz heyvan yaşlı adamın arxasından itələyərək istədiyi yerə getməsinə belə yardımçı olur.