Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə danışıqları başlayıb





Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə danışıqları başlayıb.

"Sherg.az"ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi öz "Twitter” səhifəsində yazıb

Danışıqlarda həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.