Elşad Eyvazlı beynəlxalq toplantıya qatılacaq
07:09 25.06.2021
Arxiv
642
Türkiyədə Qlobal Jurnalistlər Şurasının (Global Journalism Council) toplantısı keçiriləcək.
Modern.az xəbər verir ki, iyulun 2-dən 4-dək davam edəcək konfransda Azərbaycanı Parlament Jurnalistlər Birliyinin sədri, Qlobal Jurnalistlər Şurasının beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı təmsil edəcək.
Türkiyə və Azərbaycan daxil olmaqla 22 ölkənin 100-dən çox jurnalistinin qatılacağı toplantıda xarici media təmsilçiləri ilə bağlı ayrıca müzakirələr aparılacaq. Tədbirin bu bölməsinə E.Eyvazlı rəhbərlik edəcək.
"Bu toplantı pademiyadan bu yana təşkilatın ilk ən böyük iclasıdır" - deyən qurum rəsmisi qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, eləcə də bütün türk ölkələri jurnalistlərinin əlaqələrinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır: "Şuşa Bəyannaməsində də bu kimi məqamlara xüsusi yer ayrıldı.
Bir vətəndaş kimi harada olmağımızdan asılı olmayaraq bu kimi vacib məqamlarda öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bu baxımdan toplantıda Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərimizi də müzakirə edəcəyik. Orada jurnalistlərin birgə işindən, təcrübə mübadiləsindən söz gedir.
Elə bizim təşkilatın əsas məqsədlərindən biri də Azərbaycan da daxil türk ölkələrinin jurnalistlərinin xarici mediaya inteqrasiyasına dəstək olmaqdır. Bu istiqamətdə rəsmi dəstəklər arzuolunan səviyyədədir, ancaq qeyri-rəsmi sektorun da bu istiqamətdə işinə ehtiyac duyulur. Hətta bəzən dəyişik ölkələrdə bu sektor daha çox iş görmək imkanına malik olur. Odur ki, fürsətdən istifadə edib bu istiqamətdə müəyyən addımlar atmaq düşüncəsindəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə