Elxan Süleymanov illik təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək
08:33 24.03.2020
Arxiv
624
Hazırda təqaüddə olan, Şamaxının keçmiş millət vəkili, səksən yaşlı Elxan Süleymanov cənab Prezident İlham Əliyevin çağırışına qoşularaq, 2020-ci ilin sonuna qədər müddətdə təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcəyini bəyan edib. O, Azərbaycan xalqına səslənərək qeyd edib: "Sevincimizi və dərdlərimizi gəlin birgə bölüşək".
E.Süleymanov bugündən etibarən ilin sonunadək qarşıdakı bütün aylarda təqaüdünü (hər ay üçün 3900 manat) davamlı olaraq Fonda köçürəcək.
Elxan Süleymanov bu qərarı ilə cənab Prezidentin rəhbərliyi altında xalqımızın sağlamlığının və rifahının qorunması istiqamətində həyara keçirilən məqsədyönlü tədbirlərə öz dəstəyini ifadə etdiyini bildirib.
"Musavat.com xəbər verir ki, onun uzunmüddətli əmək və deputatlıq fəalliyəti ilə əlaqədar bir aylıq təqaüdünün məbləği 3900 manat təşkil edir, illik təqaüdünün həcmi ümumilikdə 50 min manata yaxın vəsait deməkdir.
Musavat.com onu da xatırladır ki, 2010-2020-ci illərdə Şamaxının millət vəkili olmuş Elxan Süleymanov bütün bu 9 il ərzində parlamentdən deputatlıq fəaliyyəti ilə bağlı aldığı əməkhaqqını və digər xərclər üçün olan ödəmələri tam həcmdə Şamaxı rayonunda məktəblərin tikintisinə və təmirinə, kəndlərə su çəkilməsinə, abidələrin bərpasına, Qəhrəman analara, Qarabağ müharibəsi iştirakçılarına müavinətlərin, Şamaxı məktəblilərinə və yüksək balla ali təhsil ocaqlarına qəbul olmuş məzunlara fəxri təqaüdlərin ödənməsinə, vətəndaşların digər sosial problemlərinin həllinə yönəldib.
E.Süleymanov 40 ildən artıqdır ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi