Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl Elza Seyidcahanı şair kimi qəbul edirlər
“Elza gözəl şeirlər yaza bilər”
21:06 27.09.2017
Arxiv
817
Ata ilə oğulun fikirləri üst-üstə düşdü
Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl Elza Seyidcahanı şair kimi qəbul edirlər
Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl Elza Seyidcahanı şair kimi qəbul edirlər
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə bəstəkar Elza Seydicahanın şeirləri ilə bağlı "Şərq”ə maraqlı açıqlama verib.
Q.Nəcəfzadə bildirib ki, Elza Seyidcahana gülməli biri kimi baxırlar və onun şeirlərini ciddi qəbul etmirlər:
"Bəziləri qəflətən senssasiya yaratmaq, diqqət cəlb eləmək üçün belə edir. Düzdü, Elzanın mənasız şeirləri çoxdur, ümumiyyətlə onun ədəbiyyata gəlişi, münasibəti maraqlı idi. Amma o bir az öz üzərində işləsə, şeirlərini redaktə eləsə, populyarlıq baxımdan çox gözəl şeirlər yaza bilər. Çünki ədəbiyyatımız sərbəst vəzində populyarlıq qazanmaq üçün Elza variantından qismən də olsa istifadə etməlidir”.
Q.Nəcəfzadənin söylədikləri ilə bağlı gənc şair Kəramət Böyükçöl "Şərq”ə danışıb. O, atasının fikirləri ilə razılaşdığını bildirib:
"Elza xanım çox maraqlı, istedadlı və koloritli bir şairədir. Mən onu bir şairə kimi qəbul edirəm. Bu gün AYB-nin üzvü olan bəzi adamlar var ki, onlarla müqayisədə bu qənaətə gəlmişəm. Sadəcə, Elza xanımın şeirlərində qəribə bir ritm, ahəng var. Onun şeirləri birmənalı qarşılanmır. Çünki Elza populyar bir isimdir və daim diqqət mərkəzində olduğu üçün onun şeirlərindəki misraları kontekstdən çıxarırlar və düzgün başlıq vermirlər. Bu da adamlarda qıcıq yaradır. Elzanı "Xalqın şairi” müsabiqəsində münsif kimi gördüyümə də çox məmnun oldum. O, həm də ədalətli bir insandı. Məsələn, digər münsif olan şairlər ədalətsizlik edərlər, amma Elza belə etməz. Səmimi qəlbdən xoşuna gəlibsə, düzgün qiymətləndirər və heç vaxt ağa qara deməz. Bu mənada atamın dedikləri ilə razılaşıram. Şükür Allaha, mənim də atamla fikirlərim üst-üstə düşdü”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya