"Əmək pensiyalarının artırılması təqdirəlayiq addımdır"
14:19 07.08.2018
Arxiv
706
"Yaşa görə pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslər bir sıra peşə sahələrini seçirlər. Bu təbəqənin əmək pensiyalarının artırılması təqdirəlayiq addımdır”.
Bunu "Sherg.az”a "Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən danışarkən iqtisadçı - ekspert Fuad İbrahimov söyləyib.
O bildirib ki, hazırkı dövrdə maaşından asılı olmayaraq, təqaüdlərə hər kəsin ehtiyacı var:
"Bu məsələyə diferensial qaydada baxmağı düşünmürəm. Ancaq digər təbəqələr üçün də pensiyaların artırılması müzakirə mövzusu olmalıdır. Elə insanlar var ki, illər boyu cüzi səviyyədə təqaüd alırlar. Bu dəyişikliklə həmin şəxslərin pensiyasında artım müşahidə olunmayacaq. Halbuki həmin şəxslərin təqaüdlərinin artırılması daha vacibdir.
Ümid edək ki, müəyyən qismə aid edilən artım tendensiyasının davamı gələcək və qeyd etdiyim kimi, daha çox ehtiyacı olan təbəqənin pensiyası da artırılacaq. Məlumatıma görə, bunun üzərində işlər aparılır və yaxın gələcəkdə digər təbəqənin təqaüdlərində də artım ediləcək”.
Qeyd edək ki, 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya