"Ər-Riyad" ticarət mərkəzində yanğın olub





Bakı-Sumqayıt yolunun kənarında - Xırdalan şəhərində yerləşən "Ər-Riyad" ticarət mərkəzində güclü yanğın olub. 

Lent.az xəbər verir ki, mebellərin satışının həyata keçirildiyi mərkəzdəki bir neçə mağaza yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.


Yanğınla bağlı əlavə məlumat veriləcək.