Ərdoğan: “...Co Bayden evimə qədər gəlib, məni ziyarət edib”
12:20 09.12.2020
Arxiv
388
“Avropa İttifaqı (Aİ) 1963-cü ildən bəri onsuz da Türkiyəyə davamlı sanksiyalar tətbiq edir. Hər hansı belə sanksiya ölkəmizə çox da təsir etməz”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Aİ ölkələri liderlərinin 10-11 dekabrda keçiriləcək sammitində Türkiyəyə qarşı sanksiya tətbiq edilə biləcəyi” ilə bağlı suala cavabında deyib.
“Avropa İttifaqı heç vaxt bizə qarşı dürüst davranmadı, verdiyi vədlərə əməl etmədi. Amma biz hər zaman səbr göstərdik və hələ də səbr edirik. Hazırda nə qərar verəcəklər, hansı addımları atacaqlar görəcəyik. Prosesi izləyirik, amma həqiqəti danmayan, səmimi, dürüst olan Aİ liderləri də var və onlar Türkiyəyə qarşı ədalətsiz davranışın tərəfində deyillər”, - deyə Türkiyə Prezidenti bildirib.
S-400 zenit-raket kompleksi ilə əlaqədar ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi məsələsinə də toxunan Ərdoğan ölkəsinin NATO-da önəmli bir yer tutduğunu vurğulayıb.
Türkiyə Prezidenti ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenlə münasibətlərindən də danışıb: “Obama hakimiyyəti dövründən Co Baydenlə yaxından tanışıq. Səhhətimdə problem yarandığı zaman evimə qədər gəlib, məni ziyarət edib. Ömər Çelik də o ziyarətin şahididir. Çox təəssüf ki, siyasət dünyada çirkin şəkildə inkişaf edir. Kimin ağlına gəlir, dərhal sanksiya məsələsini danışıqlara daxil edir. Türkiyə ilə ABŞ arasında necə bir proses var? Biz NATO-nun mütəffiq deyilik? Çox təəssüf ki, silah alışı ilə əlaqədar atdıqları addımları, ifadələri doğru hesab etmirik. Xüsusilə də Suriyanın şimalında və Fəratın şərqində davranışları düz deyil. Bu məsələlərlə bağlı açıqlamalar vermək hələ tezdir. Co Bayden vəzifəsinə sahiblənsin, sonra oturub bəzi məsələləri müzakirə edəcəyik. Siyasətdə münaqişə olmaz. Diplomatiyada bu məsələlər danışıqlar yolu ilə həllini tapır. Ölkəmiz barəsində bəzi qüvvələr neqativ təəssürat yarada bilərlər. Amma bizim ABŞ-la bu məsələləri çox fərqli şəkildə və müsbət məcrada irəli aparacağımıza inanıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya