Ərdoğan: “Məni diktator adlandırmaları az önəm daşıyır”

Həmin sözləri bir qulağımdan alıram, digərindən ötürürəm”



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbin Türkiyəyə qarşı münasibətindən danışıb.

Sherg.az-ın  fr.euronews.com-a istinadən xəbərinə görə, o, qeyd edib ki, Avropanın AKP hökumətini gülənçilər və PKK ilə yaxından təmas quran jurnalistlərin həbsi, o cümlədən HDP həmsədlərinin saxlanılması ilə bağlı qınaması yersizdir: 

"Qərbin tənqidləri bizi narahat etmir. Çoc yaxşı bilirik ki, əsassız səbəbə ittiham olunuruq. Mən bu 14 illik (baş nazir və prezident ) hakimiyyətim dönəmində onları açıq kitab kimi oxudum. Avropanı da yaxşı tanıyırıq. Onların da tarixini öyrəndik. Bu mənada Qərbin məni diktator adlandırması mənim üçün az əhəmiyyət kəsb edir. Həmin sözləri bir qulağımdan alıram, digərindən ötürürəm”.


http://fr.euronews.com/2016/11/06/erdogan-peu-m-importe-qu-on-me-traite-de-dictateur

Ayyət