Ərdoğan: “Qarabağın azadlığı mübarizəsində Azərbaycana dəstəyimiz bütün dünyanın diqqətini çəkib”

“Qarabağın azadlığı mübarizəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək və 44 günlük zəfər bütün dünyanın diqqətini çəkib”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Türkün olduğu yerdə zülm olmaz. Türkün olduğu yerdə məzlum göz yaşı tökməz”, - deyə Türkiyə Prezidenti vurğulayıb.