Ərdoğan Türkiyənin prezidenti seçildi - YEKUN NƏTİCƏLƏR
05:45 25.06.2018
Arxiv
387
Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub.
APA-nın məlumatına görə, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.
Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.
Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsuli-idarəsinə keçib.
Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları "Cümhur İttifaqı” 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı” adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.
Millət vəkillərinin sayının 550-dən 600-ə çıxarılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq məclisdə də çoxluğu ələ keçirə bilməyib.
***
Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur.
İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).
***
Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%).
Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
***
Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 19,6 faizi sayılıb.
APA-nın məlumatına görə, sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb.
İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat