Ərdoğanı referenduma məcbur edən iki səbəb- İZAH

Elxan Şahinoğlu: " Türkiyə prezidenti anladı ki, Avropa İttfaqına üzvlük Türkiyə üçün mümkün deyil"



Türkiyənin Avropa İttifaqına (Aİ) qəbul olunmayacağı halda Rəcəb Tayyib Ərdoğanın bu məsələni ümumxalq səsverməsinə çıxarması mümkündür və bu addımın iki səbəbi var.

Bunu Sherg.az politoloq Elxan Şahinoğlu söyləyib. Ekspertin qənaətincə, birincisi, Aİ-ə qatılma ilə bağlı danışıqlar heç bir nəticə vermədi. Az qala 50-60 ildir ki, danışıqlar gedir. Amma Türkiyəni qapıda saxladırlar: 

"Bu da, Ankaranı aşağılamaqdır. Bu mövzu ilə bağlı konfranslar, sammitlər, liderlərlə təkbətək görüşlər oldu. Amma sonda Ərdoğan anladı ki, bu quruma üzvlük Türkiyə üçün mümkün deyil. Və haqlı olaraq da bu ittifaqı xristian klubu adlandırdı".

Bundan başqa, E.Şahinoğlu əlavə edib ki,R.T. Ərdoğanı buna məcbur edən ikinci səbəb Böyük Britaniyada keçirilən referendum oldu: 

" Böyük Britaniya ümumxalq səsverməsi keçirdi və əhalinin böyük əksəriyyəti ölkələrinin Aİ-dən çıxmasına səs verdi. Ərdoğana bu da, təsir göstərdi. O da, düşündü ki, referedum yolu ilə Aİ- də qalıb- qalmamaq məsələsi gündəliyə çıxarılırsa, biz niyə xalq arasında referemdum keçirib, soruşmayaq ki, bu quruma üzvlüklə bağlı səylərimizi davam etdirək ya yox? Zənnimcə, bu iki səbəbdən çıxş edərək ilin sonuna kimi, ya da gələn il Türkiyədə bu mövzuda referendum keçirilə bilər. Həmçinin Türkiyədə son baş verənlərin fonunda Aİ rəsmiləri Ankara əlehinə çox sərt mövqe nümayiş etdirirlər. Türkiyənin yaxın perspektivdə həmin təşkilata üzvlüyü problematikdir. Ona görə də, Ərdoğan belə bir addım ata bilər".

Qeyd edək ki, Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq. Bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Ayyət Əhməd