Ərindən sonra 1,5 yaşlı oğulu da öldü...

Mersinin Ərdəmli mahalında anasıyla birlikdə yatan 1,5 yaşlı uşaq həyatını itirdi. Əldə edilən məlumata görə, hadisə mahala bağlı İlemin məhəlləsində baç verib. 
Ana Tuğba Yamşak iddiaya görə, səhər qalxdığı zaman eyni yataqda yatdığı 1,5 yaşlı oğulu Əkrəm Yamşakın hərəkətsiz olduğunu fərq edib. Ana vəziyyətindən şübhələndiyi uşağını qonşularının köməyiylə xəstəxanaya gətirib. Sağlamlıq qrupu kiçik uşağın həyatını itirdiyini təyin edib. 1,5 yaşlı uşağının öldüyünü öyrənən ana isə xəstəxana bağçasında sinir böhranı keçirib, gözyaşlarına boğuldu.
Tuğba Yamşakın bir neçə ay əvvəl həyat yoldaşı Ömər Yamşakı da infarkt nəticəsində itirdiyi öyrənildi.
Uşağın nəfəssiz qalıb boğulduğu ehtimalı üzərində dayanılıb. Lakin ölümü şübhəli hesab edən prokurorluq hadisələ əlaqədar istintaqa başlayıb.
Yarılmaq üçün uşağın cəsədi Adana Ədli Tibb Təşkilatına göndərilib.