Ərinə qapını açdı, həyatı qaraldı: İndi yalnız ağlaya bilir

"Yalnız ağlaya bilirəm". Bu sözlərin sahibi Atse de Nigussiemdir. Ər şiddətinin bir nümunəsi bu dəfə Efiyopyada yaşandı. 26 yaşlı gənc qadın əri tərəfindən turşu hücumuna məruz qalıb.
Üstəlik hücumun səbəbi belə müəyyən deyil.
Qadın baş verənləri belə izah edir:
"Ərimin məni niyə bu hala saldığını anlaya bilmirəm. O gecə ailəmin evindəydim. Qapını döydü. Açdım, olanlar oldu. Birdən turşunu üzərimə atdı" deyir .
29 yaşlı Kaimanot Kahsai qapını açan həyat yoldaşının üzərinə turşu atır və gedir. Gənc qadın ağrılar içində qışqıraraq qonşulardan kömək istəyir. Bütün bunlar olduğu zaman 5 yaşlı oğulu Hannibal isə evdə yatırdı.
Qorxunc hücum sonrası gənc qadın hələ böyük ağrılar çəkir. Aradan keçən 2 aya baxmayaraq ağrıları heç azalmır. Sol gözü kor olan Atse de Nigussiem sağ gözüylə çox az görə bilir və onu da itirmə riskiylə qarşı-qarşıyadır.
Yalnız bir pipetin yardmıyla qidalanan Atse de yemək yeyə, bir şey içə və danışa bilmir. Özünün söylədiyi kimi yalnız dayanmadan ağlayır.
Gənc qadın bacısıyla birlikdə bir müalicə üsulu tapmaq üçün Taylanda gedib. Vejthani xəstəxanasında sol gözü və dərisi üçün müalicə alır.
Xəstəxana həkimləri gənc qadının çox yarası olduğunu və əsla əvvəlki kimi görünə bilməyəcəyini söyləyir.