"Erməni lobbisi Fransanın xarici siyasətinə yön verir" - Deputat
14:18 06.02.2019
Arxiv
816
"Fransada yarım milyona yaxın erməni icması var və onlar hədsiz fəaldırlar. Erməni lobbisi Fransanın xarici siyasətinə yön verir. Burada ümumi xristian təəssübkeşliyi də mühüm rol oynayır”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, bütün faktorların cəmi Ermənistan-Azərbaycan münasibətlərində və İrəvana verilən dəstəkdə özünü biruzə verir:
"Vaxtı ilə Fransa ATƏT-in Minsk Qrupuna daxil ediləndə biz etirazımızı bildirmişdik. Çünki erməni diasporasının ən güclü olduğu üç dövlətdən biri Fransadır.
Digər iki dövlət - ABŞ və Rusiya da Qarabağ münaqişəsinin həllində vasitəçilik edirlər. Hər üç ölkədə ermənilərin mənafeyinə xüsusi diqqət yetirilir. Qondarma "soyqırım” məsələsi təkcə Ermənistan-Azərbaycan kontekstində müzakirə olunmur və daha çox Türkiyə-Ermənistan münasibətləri fonunda gündəmə gətirilir. Əslində Fransa rəsmiləri çox yaxşı dərk edirlər ki, bu uydurma məsələni Osmanlı dövlətini içəridən dağıtmaq istəyən mason dairələri ortaya atmışdılar. İngiltərə, Fransa, Yunanıstan, daha sonra Rusiya qondarma "soyqırım” məsələsinə güclü dəstək veriblər və Anadoluda erməniləri təşkilatlandırıblar.
Məqsəd Osmanlını parçalamaq idi və onlar məqsədinə nail oldular. Rusiyanın ermənilərə dəstəyi danılmaz faktdır. Arxiv sənədlərinə görə, ruslar ermənilərə 120 mindən çox silah-sursat veriblər. 90 mindən artıq erməni əlində silah türklərə qarşı vuruşub, hətta silahsız kəndlərə hücum edirdilər”.
Parlament üzvü bildirib ki, XX əsrin əvvəllərində milli məsələ gündəmdə deyildi, din amili daha öndə idi:
"İstər Qafqazda, istərsə də Türkiyədə mübarizə erməni-müsəlman davası kimi qələmə verilirdi. Yaşlı nəsil də erməni-müsəlman davası deyirdi. İndi PKK ilə ermənilər həmrəy olublar. Halbuki o zaman ermənilər kürdləri də müsəlman olduqları üçün qırırdılar. Türkiyəyə gücü çatmayan ermənilər daha sonra İran və Azərbaycan ərazisinə soxuldular. Azərbaycanın şimalında və cənubunda nə qədər qətliamlar törətdilər. Məqsəd o idi ki, Qafqazda başıpapaqlı müsəlman qalmasın. Şübhəsiz, Fransa dövləti bu qətliamları çox gözəl bilir.
Sadəcə xristian təəssübkeşliyi həqiqəti dilə gətirməyə imkan vermir. Çünki güclənən islam dünyasını, ələlxüsus Türkiyəni özlərinə təhlükə görürlər. Yəni yüz illərlə türklərə qarşı aparılan düşmən siyasəti davam etməkdədir. Fransa həyasızcasına Əlcəzairdə 2 milyon müsəlmanı qətlə yetirib, amma bir dəfə olsun üzr istəməyib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq