Ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb
12:04 10.01.2019
Arxiv
532
Ağdam rayonunda ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin imzaladığı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən aparılır.
Qeyd edək ki, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev "Report"un Qarabağ bürosuna bildirib ki, 19 kənddəki 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq: "Artıq Qaradağlı, Əfətli və Evoğlu kəndlərində söküntü və tikinti işlərinə başlanılıb. Əfətlidə 25, Qaradağlıda 21, Zəngişalıda 12, Çəmənlidə 33, Əhmədağalıda 11, Qərvənddə 12, Təzəkənddə isə 7 evdə əsaslı təmir və bərpa işləri aparılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm