Ermənilərin iddiası cəfəngiyyatdır - "Hansısa erməni idmançının Azərbaycana gəlişində heç bir problem ola bilməz"

"Bugün Azərbaycan dünyanın idman, mədəniyyət və siyasi arenasında öz sözünü deyən mühüm ölkədir"
"Ermənistan XİN-in və erməni ekspertlərin Azərbaycanla bağlı ittihamlarının hamısı cəfəngiyyatdır”. Bunu
"Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib."Ermənistan XİN-in və erməni ekspertlərin Azərbaycanla bağlı ittihamlarının hamısı cəfəngiyyatdır”.
Politoloq bildirib ki, ermənilər indiyə qədər Bakıda keçirilən onlarla beynəlxalq yarışlarda iştirak ediblər: "Hətta I Olimpiya Oyunlarında Prezident İlham Əliyev tərəfindən erməni idmançı təltif edilib. Yəni, hansısa erməni idmançının, o cümlədən futbolçu Mxitaryanın Azərbaycana gəlişində heç bir problem ola bilməz. Əgər Mxitaryan Bakıya gəlməyibsə, ya da gəlmək istəməyibsə, bu, artıq onun öz problemidir. 
Ümumiyyətlə, bu məsələni xarici KİV-lərdə tirajlamağa heç bir ehtiyac yoxdur. Azərbaycan hər zaman tolerantlığı, multikultural dəyərləri ilə seçilib. Azərbaycanda çoxlu sayda etnik xalqlar, o cümlədən minlərlə erməni yaşayır. Nə sovet vaxtı, nə də müstəqillik illərində Azərbaycan vətəndaşı olan ermənilərə təzyiq olub. Lakin ermənilər onlara yaradılmış fürsətdən sui istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsi həyata keçiriblər”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistana rəhbərlik edən şəxslərin populist çıxışları təxribat törətməyə xidmət edir: 
"Məqsəd getdikcə aşağı düşən reytinqlərini qoruyub saxlamaq və sosial problemlər içərisində batan ermənilərin başını qatmaqdır. Erməni hökumətləri bilməlidir ki, münaqişənin uzadılması, erməni xalqında Azərbaycan millətinə qarşı nifrət hissinin gücləndirilməsi sonda Ermənistanın özünə ziyan vuracaq. Bugün Azərbaycan dünyanın idman, mədəniyyət və siyasi arenasında öz sözünü deyən mühüm ölkədir. Ölkəmiz beynəlxalq tolerantlıq və multikulturalizm platformasına, dialoq mərkəzinə çevrilib. Bütün dünya bunu görür və qiymətləndirir. Ölkəmizdə yaşayan etnik xalqlar da hər zaman bu üstünlüyü gündəmə gətirirlər və heç vaxt ayrıseçkiliklə rastlaşmadıqlarını bəyan edirlər”.
İsmayıl