İqtisadçı diqqətə çatdırıb ki, indiki komanda ölkəni böhrandan çıxara bilməyəcək:
Ermənistan dilemma qarşısında: ya Azərbaycanın ərazilərini geri qaytarmalı, ya da...
13:41 14.08.2018
Arxiv
1081
"...böhran məngənəsində sıxılmalıdır, çünki nə iqtisadi potensial, nə regional inteqrasiya, nə də investisiya cəlbediciliyi var"
İqtisadçı diqqətə çatdırıb ki, indiki komanda ölkəni böhrandan çıxara bilməyəcək:
"Ermənistanda miqrasiya prosesi 25 ildən çoxdur artan templə davam edir. Bunun əsas səbəbi ağır iqtisadi-sosial problemlərdir”.
Bunu "Sherg.az”a "Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Ermənistandakı acınacaqlı sosial durumla bağlı danışarkən bildirib.
İqtisadçı bəyan edib ki, son günlər erməni mediasında və sosial şəbəkələrdə bununla bağlı gündəmə gətirilən rəsmi rəqəmlər səhvdir, əslində miqrasiya daha böyükdür:
"Ermənistanın faktiki əhalisi heç 2 milyon da deyil. Ölkədə qalan vətəndaşlar heç bir perspektiv görmürlər və keçirilən sorğularda ilk imkanda ölkəni tərk edəcəklərini bildirirlər. Bütün bunlar İrəvanın apardığı işğalçı və terrorçu siyasətin nəticəsində yaranan ağır iqtisadi böhranın, regional iqtisadi layihələrdən kənarda qalmağın və təcrid olunmağın acı nəticəsidir. Nə qədər ki, Ermənistan Azərbaycanla düşmənçiliyi davam etdirəcək, işğal etdiyi əraziləri qaytarmayacaq vəziyyət daha da pis olacaq. Bunu "ermənizm” xəstəliyinə düçar olmamış sağlam ziyalılar açıq səsləndirirlər. Hətta, sadə xalq da bunu dərk edir. Paşinyan hakimiyyətinə gəldikdə, bu, sadəcə Qərb komandasının hakimiyyəti ələ keçirməsidir”.
İqtisadçı diqqətə çatdırıb ki, indiki komanda ölkəni böhrandan çıxara bilməyəcək:"Çünki nə iqtisadi potensial, nə regional inteqrasiya, nə də investisiya cəlbediciliyi var. Belə halda Ermənistan hökumətinin bircə çıxış yolu qalır, o da işğal etdiyi əraziləri geri qaytarmaq və Azərbaycanla normal münasibətlər qurmaqdır. Əks halda ölkəni bataqlıqdan çıxara bilməyəcəklər. İşğalçı ölkə böhran məngənəsində sıxılacaq. Azərbaycan Prezidentinin yeritdiyi düşünülmüş siyasət bu dilemmanı kəskinləşdirib. Artıq Ermənistandakı rejimin seçim vaxtı çatıb. Tezliklə, bu istiqamətdə ciddi dəyişikliyin olacağına inanıram”.
Qeyd edək ki, son günlər Ermənistanda sosial şəbəkələrdə və mediada son 3 prezidentin hakimiyyəti dövründə nə qədər insanın ölkəni tərk etməsi ilə bağlı qızğın müzakirələr gedir. Erməni mətbuatı yazır ki, Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistandan 1 milyon 22 mindən artıq insan xaricə axın edib. Erməni cəmiyyəti hər üç prezidentin hakimiyyəti dövrünü kəskin tənqid edərək, ölkəni fəlakətə sürükləməkdə və məhv etməkdə ittiham ediblər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət