Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə yenidən bağlı olacaq
13:37 09.08.2018
Arxiv
846
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra KİV nümayəndələrinə hökumətin iclaslarını canlı izləmək imkanı yaradılmışdı. Lakin bir müddət sonra yeni qərarla jurnalistlərin bu imtiyazı ləğv olunub.
AZƏRTAC "Sputnik” saytına istinadla xəbər verir ki, bu qərarı baş nazirin mətbuat katibi Arman Yeqoyan açıqlayıb. O, hökumətin iclas zalının jurnalistlər üçün qapalı olmasının qanunla deyil, təhlükəsizlik xidmətinin rəyi ilə tənzimləndiyini bildirib. Mətbuat katibi əlavə edib ki, son zamanlar KİV nümayəndələri qoyulmuş qaydaları tez-tez pozublar.
Yeni qərarın aylar sonra qəbul edilməsinin konkret səbəbləri ilə bağlı jurnalistlərin sualına cavab verən Yeqoyan deyib ki, məsələni təhlükəsizlik xidməti ilə araşdıracaq. Mətbuat katibi KİV nümayəndələrinə məsləhət görüb ki, şərhləri və müsahibələri hökumət binasından kənarda alsınlar.
Xatırladaq ki, hökumətin iclaslarının mətbuat üçün qapalı olması qərarı Serj Sarkisyanın hakimiyyəti dövründə qəbul edilmişdi. İxtisasca jurnalist olan Paşinyan bu qərarı ləğv etmişdi və hökumətin iclasları açıq keçirilirdi. Lakin az bir müddətdən sonra hökumət başçısı sələfinin qoyduğu qaydanı bərpa edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial