Ermənistan ordusu 2018-ci ildə 63 hərbçi itirib - Statistika
19:09 15.01.2019
Arxiv
315
Ermənistan ordusunun 2018-ci ildəki itkiləri açıqlanıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ötən il Ermənistan Silahlı Qüvvələrinin 63 hərbçisi ölüb. Onların 27-si əsgər, 23 nəfəri müqavilə ilə xidmət keçən hərbçi, 2 nəfəri gizir, 11 nəfəri isə zabitdir. Ermənistanın baş prokurorluğundan bildilib ki, 38 halda baş verən ölüm hadisəsi hərbi xidmətlə bağlı olub. 25 ölüm hadisəsi isə xidmətdən kənar baş verib. Məlumata görə, 7 hərbçi qarşı tərəfdən açılan atəş nəticəsində ölüb, 11 nəfər isə intihar edib. Daha 2 nəfər silahla ehtiyatsız davranmanın nəticəsində həyatına son qoyub. Həmçinin 3 hərbçi xəstəlikdən, 1 nəfər minaya düşməsi səbəbindən, 3 nəfər bədbəxt hadisələrdən ölüb. 11 hərbçi yol nəqliyyat hadisəsi zamanı, 10 nəfər xəstəlikdən ölüb.
Məlumatda deyilir ki, 2017-ci ildə Ermənistan ordusunun itkilərinin sayı 73 olub. Onların 23 nəfəri düşmən gülləsindən ölüb, 10 nəfər isə intihar edib.
Qeyd edək ki, işğalçı ölkə Azərbaycan ərazisindəki itkilərini, həmçinin muzdlu döyüşçülərin, eyni zamanda separatçıların tərkibindəki hərbçilərin ölümünü adətən, açıqlamır. Bu mənada itkilərin daha çox olduğunu demək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm