Ermənistan ordusu döyüşsüz də itkilər verir
10:08 07.02.2019
Arxiv
579
Ötən il 41 əsgərin ölümü düşmənin ordusunun vəziyyətini göstərir
Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb. Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Hesabatına görə, 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir. Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə, Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb.
Açıqlanan hesabatla bağlı fikirlərini bəyan edən politoloq Elxan Şahinoğlu deyib ki, bu hesabatdan iki nəticəyə gəlmək mümkündür. Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür: "Çünki son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin.
Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki "Qarabağ klanı” əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. "Qarabağ klanı”na da elə bu lazımdır”.
Ekspert hesabatdan gəlinən ikinci nəticəni bu cür açıqlayıb:
"Ermənistan ordusundakı hərbçilər müharibəsiz bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu, hələ Helsinkin Vətəndaş Assambleyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təchiz etmək İrəvana baha başa gəlir. Üstəgəl, qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol