Ermənistanda metro işçiləri də tətilə başladı




Ermənistanda Metropoliten əməkdaşları müxalifətin kütləvi aksiyasına qoşulublar.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.


Bildirilir ki, Karen Dəmirçyan adına Yerevan metropoliteninin əməkdaşları tətil elan ediblər. Yerevan metrosunun bütün stansiyaları bağlanıb.


Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.