Ermənistanda narahatlıq var
07:56 28.06.2018
Arxiv
553
Azərbaycanın hərbi texnikası düşməni qorxuya salıb
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Bakıda Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələri iştirak edib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.
Bu parad Azərbaycan vətəndaşlarını hər nə qədər fərəhləndirib, qürurlandırıbsa, erməni cəmiyyətində də bir o qədər məyusluq və xof yaradıb. Azərbaycan Ordusunun 100 illiyilə bağlı keçirilən möhtəşəm hərbi parad Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində ciddi narahatlıq yaradıb. Yazılan məqalələrdə və statuslarda ermənilər Azərbaycan Ordusunun nümayiş etdirdiyi gücdən və texnikadan qorxuya düşdüklərini gizlətməyiblər.
Azərbaycan ictimaiyyəti üçün böyük maraq kəsb edən hərbi parad düşmən ölkənin mətbuatında da əsas mövzulardan birinə çevrilib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı keçirilən hərbi paradın hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib:
"Ermənilərin təlaşı ordumuzun günü-gündən güclənməsi ilə əlaqəlidir. Paradda ən müasir silahlar, hərbi texnika nümayiş olundu və bu nümayişin davamı olaraq Azərbaycan Respublikasının prezidenti Ermənistana qarşı özünün sərt mövqeyini açıqladı. Şübhəsiz ki, paradda nümayiş olunan silah-sursat, hərbi texnika bir gün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə yönəldiləcək. Məncə, gözləməyin bir mənası yoxdur. Bu qədər silah, texnika niyə də istifadə olunmasın ki? Azərbaycanın hərbi gücünün Ermənistanı lərzəyə salması və paradın uğurlu alınması Paşinyanın açıqlamalarından da bəllidir.
Dünən Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi də açıqlama verib ki, əgər Azərbaycan müharibəyə başlasa, biz onları buna peşman edəcəyik. Onların bütün açıqlamaları bir növ özünü müdafiə xarakterlidir. Ermənistan baş nazirinin də Azərbaycana qarşı sərt və aqressiv münasibət sərgiləməsi qorxuya düşdüklərini göstərir. Guya ki, bizim paradda nümayiş etdirdiyimiz silahların heç bir mənası yoxdur”.
A.Nağının sözlərinə görə, parad zamanı azərbaycanlı hakerlər Ermənistanın bütün dövlət saytlarını iflic edib paradla bağlı şəkillər, videolar yerləşdirdilər: "Amma bu günə qədər dolayı yollarla gücümüzü nümayiş etdirdiyimiz bəs olar. Artıq real hərəkətə keçmək lazımdır. Bu gün (dünən) Sabir Rüstəmxanlının partiyasının təşəbbüsü ilə keçirilən Qarabağ Forumunda da bu məsələ qaldırıldı ki, müharibəyə başlamaq və düşməni qorxuya salan silahlardan istifadə etmək lazımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət