Ermənistanda Rusiya hərbi bazasına qarşı etirazlar davam edir




Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına qarşı yeni etiraz aksiyaları keçiriləcək.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya təşkilatçılarından olan Ermənistan Avropa Partiyasının sədri Dikran Xzmaliyan daha bir nümayişin gələn il yanvarın 12-də bazanın yerləşdiyi Gümrü şəhərində nəzərdə tutulduğunu bildirib.

Partiya rəhbəri Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını istədiklərini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl oxşar aksiya Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında keçirilib.