"Ermənistandakı kəskin iqtisadi və siyasi böhran böyük iğtişaşlarla nəticələnə bilər” - Analitik
10:04 03.01.2019
Arxiv
632
"Ermənistanda iqtisadi və siyasi vəziyyət hər ötən gün pisləşir”.
Bunu "Sherg.az”a Ermənistandakı vəziyyəti dəyərləndirərkən tanınmış analitik Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, dekabr ayının sonunda Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş heç bir effekt vermədi:
" Rusiya Ermənistana ixrac etdiyi qazın hər 1000 kubmetrini 150 dollardan 165 dollara qaldırdı. Amma Ermənistan Rusiyadan qazın hər 1000 kubmetrini 150 dollara alıb, öz vətəndaşlarına 285 dollara satırdı. Çalışırdılar ki, qazın ixrac qiymətini azaldıb, müəyyən qədər iqtisadiyyatda sabitlik yaratsınlar. Lakin bu alınmadı. Rusiya ixrac etdiyi qazın qiymətini qaldırsa da, Ermənistan qiymətləri əvvəlki həddə saxlamağa məcbur oldu.
Fikrimcə, bu, işğalçı ölkədə böyük gərginlik yaradan problemlərdən biridir. Eyni zamanda Vladimir Putinin Robert Köçəryanın bayramını təbrik etməsi Ermənistanda vəziyyəti yenidən hərəkətə gətirdi. Həmçinin N.Paşinyan bayramqabağı təbrikinə öz köhnə vərdişlərindən əl çəkməyərək "Arsax respublikası”, bütün erməni diasporası və vətəndaşlarına müraciətlə başladı. Bu problemlər bir daha göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində istər Qərblə, istərsə də Rusiya ilə ortaq məxrəcə gələ bilmir. N.Paşinyan fikirləşirdi ki, mitinqləri idarə etdiyi kimi, dövləti də idarə edəcək.
Amma bu, heç də asan deyil. Yəqin, növbəti həftələrdən başlayaraq Ermənistanda iqtisadiyyatın müəyyən qədər tənzimlənməsi üçün addımlar atılmalıdır. Əks halda yeni parlament və qurumlar bu problemləri həll edə bilməyəcək. Ermənistanla bağlı əsas məqam onların düşdükləri ağır vəziyyətdən çıxmaqdır. Bu qışı N.Paşinyan iqtisadi vəziyyətdən əhalini rifahı naminə çıxara bilsə, demək olar ki, o hakimiyyətdə qala bilər. Əks halda bu, böyük iğtişaşlarla nəticələnə bilər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya