Ermənistanın yeni prezidenti mənzərəni dəyişə bilməyəcək
06:46 11.04.2018
Arxiv
571
Bundan sonra da Qarabağ danışıqları masasında Serj Sarkisyan oturacaq
Vəzifəsinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu bildirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, Rusiya bu məsələdə həlledici rola malikdir: "23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. Problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.
A.Sarkisyan bəyan edib ki, son nəticədə bütün regional münaqişələr həllini tapır: "Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”. Türkiyəli analitik, Cənubi Qafqaz üzrə ekspert Məhməd Fatih Öztarsu yeni Sarkisyanın Qarabağa baxışının "dəyişəcəyini” iddia edib. Onun sözlərinə görə, Armen Sarkisyan Qərbi bilən və avropalılar tərəfindən tanınan bir siyasətçi kimi daha mülayim siyasət yeritməyə çalışacaq. Öztarsunun fikrincə, indiyə qədər Ermənistanın Qarabağdan olan hərbçilər tərəfindən idarə edilməsi ilə bağlı yaranmış mənzərə dəyişdiriləcək. Ancaq əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyətinin siyasi mövqeyində, xüsusən Qarabağ münaqişəsinə yanaşmasında heç bir müsbət dəyişiklik olmayacaq.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də düşünür ki, Ermənistanda rejimin yeritdiyi təcavüzkar siyasət əvvəlki kimi davam edəcək. Ekspertin bildirdiyinə görə, idarəetmə aparatı baş nazir Serj Sarkisyanın əlində olacaq: "Ermənistanda elə bir konstitusiya qəbul edilib ki, həmin qanunnaməyə görə, prezidentin demək olar ki, bütün hüquqları əlindən alınıb. Prezident xarici siyasətə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür müdaxilə edə bilməz. Bu baxımdan Armen Sarkisyanın münaqişənin həllində fərqli rol oynayacağı qeyri-realdır. Ümumiyyətlə, onun problemin çözülməsində ədalətli mövqe sərgiləmək niyyəti, iddia etdiyi kimi sülhsevər olması bizə inandırıcı gəlmir. Dəqiq olan odur ki, bundan sonrakı danışıqlar masasında Serj Sarkisyan olacaq. Bu isə o deməkdir ki, düşmən ölkənin qeyri-konstruktiv mövqeyi davam edəcək. Sarkisyanın necə təhlükəli bir adam olduğu hamıya bəllidir. Qarabağ müharibəsinin iştirakçısı olmuş bu şəxs Xocalı soyqırımının törədilməsində aktiv rol oynayıb. Əsl cinayətkardır. Belə bir şəxslə aparılan danışıqlardan hansısa müsbət nəticə gözləmək absurddur”.
Analitik bildirib ki, Ermənistanın yeni prezidenti sadəcə bir məsələdə haqlıdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli birbaşa Rusiyadan asıldır. Əslində bu cür açıqlamanın özü İrəvanın bütünlüklə Rusiyaya tabe olduğunu göstərir. Bəllidir ki, münaqişəyə yanaşmada Moskva ilə İrəvan arasında heç bir fərq yoxdur. Özünün strateji maraqlarını güdən Rusiya çox yaxşı başa düşür ki, Dağlıq Qarabağ problemi Moskvanın Cənubi Qafqazda mövcudluğunu təmin edən əsas amillərdən biridir. Əlbəttə, Rusiya istəsə, münaqişəni beynəlxalq normalar çərçivəsində həll edə bilər. Amma problem odur ki, Kreml hələlik bunu istəmir, nə zaman istəyəcəyi də bəlli deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət