"Əsas olan məbləğin miqdarı yox, dövlət tərəfindən şəhid ailələrinə göstərilən mənəvi dəstəkdir" - Şəhidin qızı



"Şəhid ailələrinə birdəfəlik yardımdan dolayı cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk”. Bunu "Sherg.az”a 1993-cü ildə Azərbaycanın ərazi bötövlüyü uğrunda şəhid olmuş Hacıyev Yusif Nəsirəddin oğlunun qızı Hacıyeva Jalə deyib.

Şəhidin qızı bildirib ki, əsas olan məbləğin miqdarı yox, dövlət tərəfindən şəhid ailələrinə göstərilən mənəvi dəstəkdir: 

"Möhtərəm Prezidentimiz tərəfindən şəhidlərə kimliyindən asılı olmayaraq çox böyük diqqət və qayğı göstərilir. Prezidentin budəfəki gözəl təşəbbüsü də bütün şəhid ailələri kimi bizi çox məmnun edir. Ona görə də ailəmiz adından cənab dövlət başçısına, bu işdə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

İsmayıl