“Sumqayıt yolunda radarların çox olmasında bir qəbahət görmürəm”
“Əslində köməkdir”
04:18 29.08.2017
Arxiv
1110
Ekspert Xalq şairinin iradlarını qəbul etmir
“Sumqayıt yolunda radarların çox olmasında bir qəbahət görmürəm”
“Sumqayıt yolunda radarların çox olmasında bir qəbahət görmürəm”
Sürücülər Bakı-Sumqayıt yolunda sürət həddinin qısa məsafələrlə tez-tez dəyişməsindən və radarların çoxluğundan həmişə narazılıq edir. Eyni problemi Xalq şairi Sabir Rüstəmxanlı da qaldırıb. Xalq şairi bildirib ki, Quba yolunun Sumqayıt ayrıcından Bakıya kimi məsafə 16 kilometrdən çox olmaz.
Ancaq bu məsafədə 7 radar, 2 yol polisi məntəqəsi var. Xalq şairi bunu "Ginnesin Rekordlar kitabı”na düşməli hal adlandırıb. Vətəndaş Həmrəyliyi Partiyasının sədri hesab edir ki, belə qısa məsafədə 7 radarın, 2 nəzarət məntəqəsinin olması sürücüləri "ələ salmaqdır”.
Həmin yoldan gündəlik istifadə edən sürücülər də mövcud vəziyyətdən narazıdırlar. Sürücülər deyir ki, "20 Yanvar” körpüsündən Xırdalan dairəsinədək 12 kilometrlik məsafədə 3 radar qoyulub. Sürət həddi isə yolun bəzi hissələrində birdən-birə - qəfil 90-dan 60-a düşür. Bu da sürücü üçün əsl diskomfort şərait yaradır.
"Digesta” Hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bu fikirdədir ki, yol hərəkəti təhlükəsizliyi üçün xüsusi vasitələrdən istifadə vacibdir:
- Yolda xüsusi vasitələrin quraşdırılması yolların təhlükəlilik dərəcəsindən asılıdır. Xüsusi vasitələr yol hərəkəti təhlükəsizliyinin təmini baxımından vacibdir. İstər radarlar olsun, istərsə də sürət həddinin dəyişməsi, bütün bunlarla bağlı əvvəlcədən xəbərdarlıqedici işarələr qoyulur. Qarşıda radar varsa, bunu bildirən nişan, həmçinin maksimal sürət həddi ilə bağlı xəbərdarlıq nişanları quraşdırılır. Radarlar, digər xüsusi vasitələr də yolun ən təhlükəli hissəsinə, sürücülərin yol hərəkəti qaydalarını daha çox poza biləcəyi yerlərə qoyulur. Radarların çox olmasında bir qəbahət görmürəm.
Əksinə, Allah eləməmiş bir qəza olsa, qəzanın səbəblərinin araşdırılmasında radarlar köməyə gələcək. Çünki radar sistemi yoldakı vəziyyəti yaddaşa yazır. Yolun kənarında, yaxud ortasında vəziyyət necə olub, avtomobil hansı halda toqquşub və sair. Bütün dünyada müasir təhlükəsizlik sistemlərindən, təhlükəsizliyin təminatına yönəlmiş texniki vasitələrdən istifadə edilir. Bakı-Sumqayıt yolu digər magistral yollara nisbətən bir qədər artıq təhlükəlidir. Yəqin, bunu nəzərə alaraq nəzarət kameralarının bir az artıq quraşdırılmasına ehtiyac var. İstənilən halda sürücü diqqətli olmalıdır. Radar oldu, olmadı, sürət həddi aşağı salındı, salınmadı, təhlükəsizlik ilk növbədə sürücüdən asılıdır. Sürücü naşı olmamalı, sükan arxasında fikrini yoldan yayındıracaq işlərlə məşğul olmamalıdır. Belədə qəzalarımız da az olar, itkilərimiz də.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq