
Etimad Əsədovun büstü hazırlanır - FOTO
13:53 12.12.2018
Arxiv
1335
"Mərhum qəhrəman dostum, silahdaşım baş qazi Etimad Əsədovun büstü adına layiq səviyyədə hazırlanır”.
Bunu "Sherg.az”a Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov bildirib.
O qeyd edib ki, bu ilin dekabrın 20-də Etimad Əsədovun 55 illik yubileyidir:
"Onun bütün dostları, silahdaşları Etimad qardaşımın 55-ci il dönümünün yaddaqalan, əlamətdar olmasına çalışır. Çünki o, Azərbaycanın baş qazisidir. E.Əsədov 1993-cü ilin 8 dekabrında "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub. Mən də o təşkilatın üzvü idim, bu gün də üzvüyəm. Ona görə də, Etimada uyğun, ona yaraşan yaxşı nəysə etməliydik. Dostumuz, Qarabağ əlili İlham Həsənovla danışdıq. Dedi ki, büst düzəldək. Milli qəhraman Mübariz İbrahimov adına Rəsm Qalereyasının direktoru Əliyev Namiq Ağalar oğluna müraciət etdik.

O da sağ olsun təklifimizi dəstəklədi. Bildirdi ki, belə bir büst hazırlayıb muzeymizə qoyarıq. Xatırladım ki, həmin muzeydə Milli qəhraman Mübariz İbrahimov, Əlyar Əliyev və başqalarının büstləri, portretləri var. Büst ayın 19-a qədər hazır olacaq və muzeydə qalacaq. N. Əliyev bu büstü təmənnasız hazırlayacaq. Bilirsiniz ki, Etimad qardaşım təbiəti, ağacları sevirdi. Bu mənada Allah ömür versə, ağacəkmə aksiyası və digər tədbirlər də həyata keçirmək istəyirik. Etimad qardaşın Qarabağ qazilərinin hüquqlarını daim müdafiə edib. Bu gün də, sabah da, gələləcəkdə də Etimad belə qalacaq. Baş qazimizin doğum gününə çox az zaman qalıb".
Ə.Məhhərrəmov onu da əlavə edib ki, büst E.Əsədova çox oxşayır:
"Dünyada heykəlin insana oxşadılaması 85 faizdən yuxarı qalxmayıb. Etimadın da büstü özünə çox oxşayır. Hazırda gildən hazırlanıb. Sonra üstünə dəmir töküləcək və metal formasında olacaq. Qəhrəman qardaşımın büstü yaxşı hazırlanıb, heykəltaraşlıqdan anlayışı olanlar dəyərləndirəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm