ETSN: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib






Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Qərargahdan "Sherg.az"a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib".