"Euronews" Bakı caz festivalı barədə süjet təqdim edib





Bakı payız günlərində ümumdünya caz mərkəzinə çevrilib. Azərbaycanın paytaxtında ənənəvi caz musiqi festivalı keçirilir. Bu barədə Euronews telekanalının süjetində məlumat verilir. 

Sherg.az -ın Trend-ə istinadən xəbərinə görə, süjetdə qeyd olunur ki, builki festivalın proqramında 70-dən çox konsert yer alıb. Burada yerli musiqiçlərlə yanaşı, dünyanın məşhur ifaçıları da iştirak edib.

Süjetdə Azərbaycanın caz tarixinə də nəzər yetirilib. Qeyd olunur ki, Bakıda caz hələ İkinci Dünya Müharibəsindən əvvəl 1938-ci ildə yaranıb. İndi bu ənənəni Rain Sultanov və İsfar Sarabski kimi musiqiçilər davam etdirir.

Bu festivalda kiçik yaşlı musiqiçilər da iştirak edib. Onlar üçün xüsusi olaraq "Kids Jazz” (Uşaqlar üçün caz) proqramı təşkil olunub. Bu proqram çərçivəsində 10 yaşlı saksafon ifaçısı Ləman Qasımova da yer alıb. O, üç ildir saksafonda ifa etdiyini deyir və peşəkar musiqiçi olmağı arzulayır.