Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan!
12:22 14.04.2020
Arxiv
718
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar evdən çıxmayan abunəçilərin öz yaxınları ilə daim əlaqədə olması və vaxtını əyləncəli keçirməsi üçün “Nar”, güzəştli internet paketləri haqqında məlumatı təqdim edir. “Nar” abunəçiləri müxtəlif internet paketləri sifariş etməklə gecələr pulsuz və limitsiz internetdən yararlana, “WhatsApp”da pulsuz ünsiyyət qura, eyni zamanda ikiqat internet əldə etməklə sosial şəbəkədən pulsuz istifadə edə bilər.
Evdə oturan abunəçilərin vaxtını səmərəli keçirməsi üçün “Nar”ın internet paketləri ən uyğun seçimdir. Mobil operatorun müxtəlif həcmli internet paketləri abunəçilərə meqabaytları bitsə də, istifadə müddətinin sonuna qədər internetdən pulsuz istifadə imkanı verir. İrihəcmli “XL”, “2XL” və “3XL” paketlərində gecələr internet pulsuz və limitsizdir. Yəni istifadə zamanı paketin meqabaytlarından sərf edilmir. Üstəlik, internet paketlərində “WhatsApp” ilə ünsiyyət pulsuzdur. “Nar” ın internet paketlərini əldə etmək üçün aşağdakı linkdən ətraflı məlumat əldə edin: https://www.nar.az/limitsiz-internet-paketler/
İkiqat internet təqdim edən “CavanNar” tarifi isə abunəçilərə evdə oturmaqla həm daha çox internetdən zövq alma, həm də sosial şəbəkələrdən daha çox istifadə imkanı verir. “CavanNar” tarifi iki paketdən ibarətdir. “CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə təqdim edir. “CavanNar 6” isə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
Bundan başqa, ”Nar” bu günlərdə evdə oturan abunəçilərə hədiyyə qazanmaq şansı verib. Belə ki, müştəri xidməti funksiyasını yerinə yetirən və hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçilər xüsusi bonuslar qazana bilərlər. Kampaniya 19 aprel tarixinədək davam edəcək. Qeyd edə ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR
15:17 11.08.2026
Cəmiyyət
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya