Əyalətlərdə dini kitablar məqsədli şəkildə yayılır
20:42 14.09.2017
Arxiv
799
“Regionlarda dini ədəbiyyatların yayılması işinin arxasında xüsusi xarici mərkəzlər, hətta dövlətlər dayanır”
Qəbələ rayonunda dini radikalizmin təbliğində şübhəli bilinən bir qrup şəxslərin evində axtarış aparılıb. Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı qadağan olunmuş dini ədəbiyyat və elektron daşıyıcılar aşkar edilib.
Bəhruz Qasımov və Elnur Tahirovun evlərindən ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər tapılıb.
Maraqlıdır, ölkəyə dini ədəbiyyatlar necə gətirilir və bu prosesi kimlər həyata keçirir? Təbii ki, bir qrup şəxslər regionlarda dini radikalizmin təbliğini gücləndirmək və kütlə arasında dini təbliğat, zərərli sektaları təbliğ etmək məqsədilə bu cür yollara əl atır. Lakin bu işin kimlər tərəfindən icra olunması sual altındadır.
Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altay isə düşünür ki, regionlarda dini ədəbiyyatların yayılması işinin arxasında xüsusi xarici mərkəzlər, hətta dövlətlər dayanır.
Onun sözlərinə görə, prosesi həyata keçirmək üçün xarici mənbələrdən külli miqdarda vəsaitlər də ayrılır:
"Qadağan olunmuş dini kitablar normal, təmiz din yox, dini ekstremizm və fanatizmi təbliğ edib yaydığına görə qadağan olunub. Azərbaycanda isə xaricdən yönləndirilən dini radikalizm və ekstremizm, fanatizm var. Həmçinin dini radikalizmin bazaları da mövcuddur.
Bu fəaliyyət təbliğatsız baş tuta bilməz və təbliğatın əsas vasitələrindən biri kitab, ədəbiyyatdır. Həmin kitabların mövcudluğu iki yolla - ya ölkəyə gətirilmə, ya da ölkə daxilində çap edilmə ilə ola bilər. Böyük ehtimalla gətirilmə variantı daha çoxdur. Çünki açıq deyək ki, dini ekstremizmə qarşı ölkədə nəzarət güclüdür.
Bu da müxtəlif yollarla, xüsusi ilə gömrük-sərhəd postlarından daha çox, sərhədlərin qeyri-buraxılış, yəni ucqar yerlərdən qaçaq formada ölkəyə daxil ola bilir. Ancaq indiki dövrdə çap dəzgahı kimi alət ve materialların əldə olunma problemsizliyinə görə qadağan olunmuş dini ədəbiyyatın ölkə daxilində çap edilmə variantını da istisna etmək olmaz”.
Qadağan olunmuş dini ədəbiyyatın nə üçün daha çox regionlarda yayılması sualına gəlincə, İ.Altay səbəblərin müxtəlif olduğunu deyib. Onun sözlərinə görə, regionlarda müəyyən boşluqlar var:
"Bakıya nisbətən orda hüquq-mühafizə nəzarəti zəifdir. İnsanların məşğulluğu da xeyli aşağıdır, savadsızlıq, intellektin aşağı olması da rol oynayır. Gerilik, xurafat düşüncəsinin qarşısında duracaq paytaxt müasirliyi təbii ki, regionlarda yoxdur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual