"Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır




"Facebook" sosial şəbəkəsi Almaniya ərazisində seçki ərəfəsində saxta xəbərlərin filtri xidmətini işə salır.

İKT.lent.az-ın "The Verge" nəşrinə istinadən xəbərinə görə, ABŞ-da keçirilən son prezident seçkilərindən sonra saxta xəbərlərin seçkinin nəticələrinə təsiri mövzusu gündəmə gəlib.

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.