Faiq Ağayevə vəzifə verildi




Xalq artisti Faiq Ağayevə ATV kanalında vəzifə verilib - yeni yaradılan Bədii Şuranın üzvi seçilib.

"Sherg.az" xəbər verir ki, bunu müğınni sosial şəbəkədəki paylaşımında açıqlayıb.

Xalq artisti yazıb ki, bu məsul vəzifədə əlindən gələni əsirgəməyəcək:

"Bu gün ATV-nin Bədii Şurasının ilk iclası keçirildi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkıiflər səsləndi. Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm".