Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir? - AÇIQLANDI
08:11 29.06.2018
Arxiv
480
Türkiyədəki "American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır.
"Sherg.az"ın Modern.az-a istinadən xəbərinə görə, bu barədə sabiq nazirin yaxınları məlumat veriblər.
Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.
Eks-nazirin Türkiyəyə aparılmazdan əvvəl niyə Bakıda yox, Gəncə Beynəlxalq Hospitalında müalicə alması da məlum olub. Xəstəxana personalından saytımıza verilən məlumata görə, klinika F.Məmmədova məxsusdur. Ona görə də səhhətilə bağlı mütəmadi olaraq orada müalicə alıb.
Eyni zamanda, xəstəxanadan F.Məmmədovun pankreatit xəstəliyindən əziyyət çəkdiyi bildirilib:
"Onun qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yalandır. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandı. Amma onun vəziyyəti ağır deyildi. Sadəcə pankreatit təhlükəli xəstəlikdir. Şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı. Tam yaxşı vəziyyətdə Türkiyəyə yola salındı, hazırda Türkiyədəki "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır”.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir.
Digər səbəblərə az rast gəlinir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət