Fərqli düşüncənin təməli qoyulur

Ermənistanda minlərlə insan Azərbaycana baş əymək istəyir
“Amma düşmən ölkədə onlara qarşı təhdidlər, təzyiqlər olduğundan qorxurlar”


Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasəti
ifşa olunmaqdadır. Artıq erməni hakimiyyətinin saxtakarlıq üzərində qurulan diplomatiyası
fiaskoya uğramaqdadır. Bu baxımdan bir neçə gün bundan öncə, Azərbaycanda səfərdə olan
erməni hüquq müdafiəçilərinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlama vermələri
təsadüfi hal kimi qəbul edilməməlidir.

Əslində hüquq müdafiəçiləri özləri də yaxşı bilir ki, onların həqiqəti əks etdirən açıqlamaları
erməni əhalisinin qınaq obyektinə çevrilməyəcək. Çünki Ermənistanda yaxşı anlayırlar ki,
Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlamaq onların məhvini yaxınlaşdıran əsas
amildir. Bu səbəbdən Bakıya gələn bir qrup erməni hüquq müdafiəçisi açıq şəkildə Sarkisyanı
ifşa edən açıqlamalar verdilər və Dağlıq Qarabağın birmənalı olaraq Azərbaycanın ayrılmaz
hissəsi olduğunu bildirdilər. Təbii ki, mövcud fakt onu deməyə əsas verir ki, bu cür düşünən və
düşündüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran yalnız Ermənistanın hüquq-müdafiə
təşkilatlarının rəhbərləri deyil. Bir ovuc Sarkisyan rejiminin dəstəsi istisna olmaqla, ümumi
erməni cəmiyyəti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edirlər. Əksər
ekspertlərə görə, erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu
piarıdır. Çünki ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan
hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki
xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatını als-üst etdi.
"Minlərlə erməni Bakıya gəlmək istəyir”

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov deyib ki, bu gün Ermənistandan
minlərlə erməni gəlib Bakıdakı Xocalı abidəsinin qarşısında baş əymək istəyir. Amma düşmən
ölkədə onlara qarşı təhdidlər, təzyiqlər olduğundan qorxurlar: 

"Ermənistanın QHT nümayəndələrinin Bakıya gəlib Xocalı abidəsini ziyarət etməsini təqdir edirəm. Onların bu addımını yüksək qiymətləndirirəm. Ermənilərin hamısı öz terrorçularının Azərbaycan xalqının başına açdığı oyunu bilməlidirlər. Bütün ermənilər Xocalı abidəsinin qarşısında baş əyməlidir,
günahkarlar isə cəzalandırılmalıdır”. B.Səfərov bildirib ki, Xocalı soyqırımı abidəsini ziyarət
etməklə özlərinin günahkar olduğunu etiraf etmək istəyən bütün ermənilər Bakıya gələ bilər:
"İstəyirəm ermənilər gəlib görsünlər ki, Azərbaycan bu gün necə yaşayır, Azərbaycan Prezidentiölkədə insanlara necə şərait yaradıb. Xocalı soyqırımı abidəsini ziyarət etmək və abidənin
qarşısında baş əymək istəyən bütün ermənilərə qapılarımız açıqdır”.

"Ermənistanın siyasi hakimiyyəti işğalçı hakimiyyətdir”

Millət vəkili Rövşən Rzayev də bildirib ki, erməni hüquq müdafiəçilərinin Bakıya səfəri onların
öz xalqlarının qayğısına qaldıqlarını göstərir. Deputatın sözlərinə görə, hüquq müdafiəçiləri
Ermənistanı düşdüyü iqtisadi-siyasi böhran vəziyyətindən çıxarmaq istəyən adamlardır: "Həmin
adamlar sülh uğrunda mübarizə edən şəxslərdir. Onlar nəhayət başa düşdülər ki, Ermənistanın
siyasi hakimiyyəti işğalçı hakimiyyətdir və Xocalı soyqırımının təşkilatçıları və birbaşa
iştirakçılarıdır. Artıq düşmən özü də bunu etiraf edir, ona görə də Azərbaycana gəlib öz
mövqelərini səsləndirirlər. Tam açıq, normal şəkildə başa düşürlər ki, Azərbaycan torpaqlarını
işğal altında saxlamaqla heç bir uğur əldə etmək olmaz. Sarkisyanın Ermənistanı necə talamasını
erməni hüquq müdafiəçiləri səfərləri zamanı açıqladılar”.

"Erməni cəmiyyətində xeyrimizə olan fərqli düşüncənin təməli qoyulur”

Millət vəkili Fazil Mustafa bəyan edib ki, ermənilərin Bakıya gəlişinin sırf psixoloji effekti
bizim üçün vacibdir: "Xocalı abidəsi qarşısında baş əyib üzr istəyən ermənilərin səmimi olub￾olmamasını müzakirəyə çıxarıblar. Deyək ki, heç səmimi deyillər, sabah da başqa cür
danışacaqlar. Bu, mümkündür, ancaq bizə indiki məqamda onların atdıqları addım, söylədikləri
üzrlü sözlər lazımdır. Ermənistan cəmiyyətində, erməni diasporunun içində bizim xeyrimizə olan
fərqli düşüncənin təməli qoyulur. Bu düşüncəni daşıyan ermənilərlə münasibətdən
vətənpərvərlik çağırışları ilə imtina etmək, məncə duyğularla davranmaqdan başqa bir şey
deyil”.

İsmayıl