FHN Göyçaydakı vəziyyətlə bağlı məlumat yaydı
15:40 03.06.2018
Arxiv
501
Fövqəladə Hallar Nazirliyi Göyçaydakı vəziyyətlə bağlı məlumat yayıb. "Sherg.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə visual texniki baxış keçiriblər. İlkin baxış zamanı müəyyən olunub ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılıb, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulub. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına səbəb olub.
Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilib. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternative körpünün salınması üçün təkliflər hazırlanır.
Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət