Fransa mətbuatı Serj Sarkisyana qarşı aksiyadan yazdı: "Yollar bağlanıb"






Hazırda  İrəvanda milyonlarla insan etiraz aksiyası keçirir. 

"Sherg.az" "L'Agence France-Presse"ə istinadən xəbər verir ki, nümayişə ölkənin sabiq prezidenti Serj Sarkisyanın baş nazir postuna gətirilməsi səbəb olub. 

Müxalifət lideri Nikol Paşinianın çağırışı  ilə küçələrə axın olan nümayişçilər İrəvanda parlamentin binasına və universitetlərə gedən  yolları bağlayıblar.  

N.Paşinian bəyan edib ki, əgər milyonlarla insan küçələrə axın olubsa, ölkədə rejimin dəyişdirilməsi real olacaq. 

Bundan başqa etirazçılar  avtobus sürüclərini də aksiyaya qoşulmağa dəvət ediblər. 

Qeyd edək ki, bu gün Respublikaçılar partiyası parlamentdə rəsmi olaraq baş nazir postuna 63 yaşlı Serj Sarkisyanın namizədlini irəli sürəcəklər. 

Tərcümə etdi: Ayyət Əhməd