Fransada qasırğa-1 ölü, 15 yaralı




Fransada baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yuxarı Savoy departamentində xizəkçinin üzərinə ağac düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.


"Eleanor” adlı qasırğa nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Güclü külək 200 min evi işıqsız qoyub.