Fransada Trampa qarşı ETİRAZ...





Fransanın paytaxtı Parisdə ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz aksiyası keçirilib. 

Sherg.az "Agence-France-Presse”ə istinadən xəbər verir ki, nümayişçilərin əksəriyyəti Fransada təhsil alan amerikalı tələbələr olub. 

Məlumata görə, təxminən 400 nəfərə yaxın olan etirazçılar D.Trampı irqçilik və cinsi ayrıseçkilikdə ittiham ediblər. 

"Paris Tampa qarşı ” ”Trampdan imtina” və s kimi şüarlar səsləndirən aksiyaçılar Eyfel qülləsinə qədər irəliləyib. D.Trampı populist milyarder adlandıran nümayişçilər yeni prezidentin "ABŞ-ın Meksika ilə sərhədlərinə divar hördürəcəm” bəyanatına da diqqət çəkiblər. Yeni prezidentin bu fikirlərinə etiraz olaraq nümayişçilər "Trampın ətrafına divar hörün” sözləri yazılan plakat da qaldırıblar. 

Parisdə təhsil alan amerikalı tələbə Yusef Almujrabi etiraza qalxmalarının səbəbini belə izah edib: 

" Biz bura seçkilərin nəticələrini inkar etmək üçün toplaşmamışıq. Biz demokratik proseslərə hörmətlə yanaşırıq. Sadəcə, D.Trampın prinsiplərini qəbul etmirik”.

Ayyət Əhməd