Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ
09:33 09.08.2018
Arxiv
2476
Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Fransa paytaxtının 5-ci rayonunun mer müavini Jak Soppelsanın "Report"un Qərbi Avropa bürosuna müsahibəsi.
- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisiniz. Bəs belə bir kitabın nəşri Fransa ictimaiyyəti tərəfindən necə qarşılandı?
- Mən 2015-ci ildə Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovla birgə "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitab yazmışam. Kitabın nəşri Fransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görə mənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrində çox müsbət qarşılandı. Fikrimcə, Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcə aqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki, buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.
- Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. Sizcə, Azərbaycanla bağlı həqiqətləri Fransada necə yaymaq olar?
- Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada yayılması vacibdir. Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir. Məhz Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabı obyektivlik və hüquqi neytrallıq prinsiplərinə söykənərək, hüquqi mənbələrə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyətin hüquqi təhlilinə həsr olunub, tarixi və fundamental həqiqətləri üzə çıxarır. Bu kitabın fransız dilinə tərcümə edilməsi həqiqətlərin Fransada yayılması baxılmasından böyük əhəmiyyət kəsb edir.
- Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi süstlüyü necə izah edərdiniz?
- Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Düzdür, bu, utopiyaya bənzəyə bilər, lakin Fransanın regionda kifayət qədər böyük nüfuza malik olduğunu unutmamalıyıq. Burada da Fransadakı erməni diasporunun mənfi təsiri öz rolunu oynayır. Bilirsiniz ki, bir sıra bölgələrimizdə erməni diasporu çox güclüdür. Məsələn, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur.
- Sizcə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti yetərlidirmi?
- XIX-XX əsrlərdə regionda kütləvi miqrasiya və xüsusilə SSRİ dövründə ruslar tərəfindən əhalinin kütləvi şəkildə köçürülməsi həyata keçirilib, demoqrafik vəziyyət dəyişdirilib. Nəticədə regionda münaqişə ocağı yaradılıb. Azərbaycanlılar öz torpaqlarından qovulub və onlar hələ də öz yurdlarına qayıda bilmirlər.
Artıq uzun illərdir ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun nümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya