Fransua Fillon ilk turun qalibi oldu- Fransada SEÇKİ




Dünən, Fransada sağçı "Respublikaçi"lar partiyasını 2017-ci il prezident seçkilərində təmsil edəcək namizədin seçilməsi üçün seçkilərin ilk turu baş tutub. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, marafonda sabiq prezident Nİkola Sarkozinin baş naziri olmuş Fransua Fillon opponentləri- Nikola Sarkozi və Alen Jupeni üstələyərək birinci olub. 

Belə ki, ilk turun nəticəsi olaraq F.Fillon 44,1 %, A.Jupe 28,6 %, Nicola Sarkozi isə 20,6 % səs qazanıblar. Qeyd edək ki, son nəticələr bu gün günorta saatlarında açıqlanacaq.

Məlumat üçün bildirək ki, 2017-ci ildə Fransada baş tutacaq prezident seçkilərində iştirak etmək üçün sağçı "Respublikaçılar" partiyasından 3 namizəd Fransua Fillon, Nikola Sarkozi və Alen Jupe mübarizə aparır.

Ayyət Əhməd