Fransua Olland: “Amerika müəmmalı bir mərhələyə qədəm qoydu”




Amerikada respublikaçıların namizədi Donald Trampın prezident seçilməsinə Fransa prezidenti Fransua Olland da reaksiya verib. 

Sherg.az "Lemonde.fr -ə istinadən xəbərinə görə, F.Ollanda qeyd edib ki, Trampın qələbəsi ilə Amerika müəmmalı bir dövrə qədəm qoyub: 

" Trampla sülh məsələləri və Orta Şərqdəki vəziyyətlə bağlı müzakirələr aparmalıyıq. Bu müzakirələri gecikdirmək olmaz. Ona görə ki, Tramp seçki kampaniyası dönəmində ümumi dəyərlərimizə zidd olan mövqeə sərgiləyirdi. Bu mənada hesab edirəm ki, Tramp Amerikda şübhəli bir mərhələyə yol açacaq”.

Ayyət Əhməd