FTB-nin bəyanatından sonra dollar kəskin bahalaşıb





ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) prezident seçkilərinə 2 gün qalmış namizəd Hillari Klintonla bağlı araşdırmanı dayandırdıqdan sonra dollar kəskin bahalaşıb. 

"APA-Economics"in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, FTB açıqlamasında deyilir ki, H. Klinton ABŞ Dövlət Departamentinin rəhbəri olduğu müddət elektron poçtundan şəxsi məqsədləri üçün istifadə etsə də, yazışmalar zaman məxfi məlumatlardan istifadə olunmayıb.

Bu bəyanatdan sonra Asiya birjalarında dolların məzənnəsində yüksəliş qeydə alınıb. Belə ki, dollar Yaponiya yeninə qarşı 1,1% bahalaşaraq 104,30 yenə çatıb. Avro isə 0,7 ucuzlaşaraq 1,1060 dollaradək geriləyib. ABŞ-ın milli valyutası İsveçrə frankına qarşı 1% möhkəmlənib.