Fuad Abbasovla bağlı Rusiya İstintaq Komitəsinə müraciət olundu
11:33 21.05.2019
Arxiv
510
Rusiyada jurnalist və bloqger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun vəkili Elman Paşayev Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinə müraciət edib.
Bu barədə ONA-nın Moskva müxbirinə məlumat verən vəkil müraciətin Fuad Abbasovun saxlanılarkən fiziki təzyiqə məruz qalması ilə bağlı olduğunu bildirib: "Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu, qanunsuzdur. Harada görülüb ki, inzibati məsuliyyətə görə saxlanılan adamla belə rəftar edilsin, qoluna qandal vurulsun? Ona görə də bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub. Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşib. Onlara qarşı cinayət işi başlanmalıdır".
Vəkil İstintaq Komitəsinə müraciətdə Fuad Abbasova qarşı bu hərəkəti törədən hüquq-mühafizə orqanları əməkdaşlarının müəyyən olunmasının və onlar barəsində cinayət işi açılmasını tələb etdiklərini söyləyib.
Qeyd edək ki, mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı qərar çıxarıb. Qərara əasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Fuad Abbasovla bağlı ölkəyə girişinin qadağan olunması ilə bağlı qərarı qüvvədə qalıb. Mayın 16-da Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq ilk öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə Azərbaycana deportasiya oluna biləcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya