"Gələn ilin büdcəsində artımlar olacaq" - Deputat
10:04 27.09.2017
Arxiv
497
Vahid Əhmədov: "Baxmayaraq ki, neftin qiyməti 45-50 dollar səviyyəsindədir, qeyri-neft sahəsinin inkişafına təkan yaranacaq. Bu sahənin bir qolu da turizmdir. Burdan gələn gəlirlər maliyyə artımını təmin edəcək”
"2017-ci ildə ölkəmizə gələn turistlərin əksəriyyəti Ərəb ölkələrinin vətəndaşları olub”.
Bunu "Sherg.az”a Azərbaycana turist axınının nəticələrindən danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, ölkədə keçirilən beynəlxalq tədbirlərə dəvət edilənlər və istirahət məqsədilə gələnlər turistlərin sayında ciddi artım yaratdı:
"Bunu danmaq olmaz. Xidmət sahəsində mövcud olan problemlər də yavaş-yavaş aradan qaldırılır. Qiymət siyasətində də dönüş əldə edilir. Reklam və PR sahəsində də Turizm nazirliyi, digər qurumlar tərəfindən ciddi işlər görülür.
Ölkəmizin xaricdə təmsil olunması da kifayət qədər yüksək səviyyədədir. Həmçinin indiki şəraitdə, turizm cəhətdən əlverişli, stabil ölkələr bir qədər azdır. Bəzi dövlətlərdə çox ciddi münaqişələr, terror təhlükəsi hökm sürür. Lakin Azərbaycan stabil dövlətdir. Dağlıq Qarabağ problemi olsa da, daxildə sabitlik, təhlükəsizlik hökm sürür. Bu isə turistlər üçün ən vacib xüsusiyyətdir. Bütün bunlar turizmin inkişafına təkan verir”.
Turist axınının iqtisadiyyatımıza təsirlərinə gəlincə, deputat vurğulayıb ki, iqtisadiyyatın inkişafı sürətlənəcək:
"Bir müddət sonra biz bunları müşahidə edəcəyik. Gələn ilin büdcəsində müəyyən artımlar olacaq. Baxmayaraq ki, neftin qiyməti 45-50 dollar səviyyəsindədir, qeyri-neft sahəsinin inkişafına təkan yaranacaq. Bu sahənin bir qolu da turizmdir. Burdan gələn gəlirlər maliyyə artımını təmin edəcək”.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilin 8 ayında Azərbaycana 2 milyon 248 min turist gəldiyini açıqlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya