"Gəncə hadisələrində hədəfin Azərbaycan dövləti olduğuna heç kimin şübhəsi qalmadı"
09:16 16.07.2018
Arxiv
915
"Avropanı ideallaşdıranlar, bu ölkələrdən nümunə götürərək, dövlət quruculuğunu belə Avropaya uyğun həyata keçirilməsini tələb edənlər bilməlidirlər ki, Qərb ölkələrində polis orqanlarının yüksək səlahiyyəti var. Bu struktura tabe olmaq həm qanunvericiliyin əsas tələbi, həm də həyatın aksiomudır”.
Bunu "Sherg.az”a millət vəkili Zahid Oruc söyləyib.
Onun sözlərinə görə, polisin xarizması Qərbdə dövlət quruculuğunun ayrılmaz hissəsidir. Heç kəs onları aşırı dərəcədə güc tətbiq etməkdə günahlandırmır:
"Bu artıq qəbul edilib ki, polisin cinayətkarı zərərsizləşdirməsi üçün qanuni səlahiyyəti var. Gəncə hadisələri fonunda əsas hədəfin Azərbaycan dövləti olduğuna heç kimin şübhəsi qalmadı. Konkret ssenari hazırlanıb, icraçılar müəyyənləşdirilib. Onlar isə konkret coğrafi məkanda siyasiləşdirilmiş, dini şüarlarla bəzədilmiş, müxtəlif aspektləri, sosial məsələləri də içərisinə alan qanunsuz hərəkətlərə yol verdilər. Həmin şəxslər düşünürdülər ki, istəklərinə çatacaqlar, icra başçısına qarşı addım atdıqdan sonra şəhər qarışacaq, vətəndaş toqquşmaları yaşanacaq. Bu fonda cinayətkarlar digər vasitələrin də işə düşəcəyini, insanların üzərinə silah çəkiləcəyini hesab edirdilər. Hətta müxbir adı ilə Gəncəyə göndərilən şəxs də çəkdiyi videoda iddia edirdi ki, şəhərə "BTR” gətiriləcək. Halbuki həmin "müxbir”in özü də BTR-in nə olduğunu bilmədiyini etiraf etdi.
Azərbaycan polisinin qətlə yetirilməsi də hazırlanmış ssenarinin tərkib hissəsi idi. İcra orqanlarına qarşı qəsdən irəli gedib, kəskin addım atırdılar ki, digər vətəndaşları da hüquq-mühafizə orqanlarına qarşı çevirsinlər. Çünki bütün şəraitlərdə Azərbaycan polisi dövlətçiliyimizi qoruyacaq”.
Z.Oruc onu da söyləyib ki, həmin hadisələr dövründə kriminal terrorçular müxalifət nümayəndəsini, tanınmış simanı, ona yaxın olan şəxsi qətlə yetirsəydilər, dövlət əleyhinə hansı aksiyaların, virtual kampaniyaların həyata keçəcəyini ağıla gətirmək o qədər də çətin deyil:
"Məsələ siyasiləşəcəkdi, guya iqtidarın belə tapşırıq verdiyi ortaya atılacaqdı və s. Yəqin ki, elə durum formalaşsa, xaricdən təzyiq də baş verəcəkdi. Polis zabitləri bütün aksiya iştirakçıları, Gəncə sakinləri şahiddir ki, polislər silahsız asayişə nəzarət etməklə, insanlarla normal ünsiyyəti ilə problemləri ortadan qaldırmağa çalışıblar. Cinayətkarların amansızlıqla, insanların gözü qarşısında polisi qətlə yetirməsinə dövlətə qarşı cinayət kimi dəyər verilməsi həmin qüvvələrin milli mənsubiyyətlərini şübhə altına alır. Belə qüvvələrlə danışmağa şərh verməyə, inandırmağa heç ehtiyac yoxdur”.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək, xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edib, qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Cinayətkar Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq, silahlı müqavimət göstərib və əlində olan qumbaranı istifadə etməyə cəhd edib. Bu zaman o, DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm