Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb
10:42 04.09.2021
Arxiv
602
Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə yeni növ koronavirus infeksiyasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərdə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bu gün də səhər saatlarından başlayaraq genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.
Gəncə şəhər Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparıblar. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə xəbərdarlıq ediliblər.
Eyni zamanda, MKTİB-nin əməkdaşları təsdiq olunmuş qrafikə uyğun olaraq yaşayış binalarında, lift kabinalarında, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, dayanacaqlarda, o cümlədən park xiyabanlarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bununla yanaşı, şəhərin müxətlif ərazilərində MKTİB-nin təmizlik şöbəsinin və Mənzil İstismar Sahələrinin əməkdaşları tərəfindən iməcilik işləri təşkil olunub.
Qeyd edək ki, şəhər sakinlərinin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə görülən işlər davamlı olaraq həyata keçirləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə